Haqqımızda

RusNur Construction Logo
 

“RusNur Construction” müvafiq sahədə uzun illər təcrübə qazanmış yüksək səviyyəli əməkdaşlardan təşkil olunmuş tikinti şirkətidir.

Şirkətimiz iş həcmini planlı formada artıraraq, lisenziya sənədlərinin hazırlanmasından obyektin istismara verilməsinə kimi bütün tikinti-montaj işlərini həyata keçirir. Şirkətin mütəxəssisləri kiçik tikintidən tutmuş çoxfunksiyalı komplekslərin inşasında təcrübəyə malikdirlər. Şirkət tikinti işləri üçün bütün lazımi lisenziyalara malikdir. Həyata keçirdiyi layihələrdə ən müasir tikinti texnologiyalarının tətbiqi, mütəxəssis kollektivin ortaya qoyduğu təcrübə və həll yolları şirkətin ölkənin tikinti sahəsində ön sıralarda yer alması üçün möhkəm zəmin yaratmışdır. Mütəxəssilərimiz üzərində iş apardığı tikinti layihələrində dünya tikinti texnologiyaları sahəsində tətbiq olunan ən müasir texnoloji vasitələrdən istifadə etməkdədirlər.

Siz öz tikinti layihələriniz üçün “RusNur Construction”-ı seçərək vaxtınıza, layihə üçün ayırdığınız maliyyə vəsaitinə qənaət edər, professional layihələndirmə və yüksək səviyyəli iş icraatını əldə etmiş olarsınız.