Landşaft və abadlıq işləri

Landscaping and territory improvement

Landscaping and territory improvement 1
 

Evlərin, Villaların, Yüksək mərtəbəli tikililərin, Klinikaların və digər inzibati binaların landşaftın dizayn həlləri.

Landşaft dizayn – Ərazinin abadlaşdırılması üçün təbiət komponentlərindən istifadə olunaraq tətbiq olunan xüsusi tədbirlər və həll yolları toplusudur. Məkanınızın həyətyanı, bağ, bağça hissəsində çatışmamazlığı aradan qaldırıb, özünə uyğun şəkildə dizayn edilib, rahat, dincələ biləcəyiniz, zövqlü bir landşaft tərtib edilməsi üçün dizayn növüdür.

Landşaftın düzgün seçimi təkcə tərtib ediləcək xarici görkəmin gözəlliyi ilə deyil, eyni zamanda burada əhatə olunan bitkilərə də rahat şəkildə qulluq edilməsi hallarının nəzərə alınmasıdır. Müasir landşaft dizayn işləri sizin fantaziyalarınız qarşısında heç bir məhdudiyyət qoymur.

Evinizin, məkanınızın ətraf aləmini dizayn etməklə siz ilk növbədə bir bağ sahəsi yaradırsınız. Bu sahə meyvə ağaclarından, giləmeyvə kollarından və ya sizin könlünüzü rahatlaşdırmağa xidmət edən dekorativ bitkilər toplusundan da təşkil oluna bilər. İdeal Landşaft dizayn işi, evin interyer dizaynı ilə bir vəhdət təşkil etməsidir.

Landşaft dizaynın planlaşdırma mərhələsində bütün ailə üzvlərinin ehtiyaclarını nəzərə alaraq lazımi quruluş və zonaları təmin etmək lazımdır.

Ətrafı iş və istirahət üçün əlverişli hala gətirərək buraya böyük estetik ifadə bəxş etməyi landşaft dizaynının əsas vəzifəsi hesab etmək olar.

Landşaft dizaynın köməkliyi ilə çox böyük bağ sahələrində yeni cığırlar çəkmək, dekorativ divar əlavə etmək, oyun sahəsi qurmaq, istirahət yerini təşkil etmək və s. vasitələrlə dəyişiklik etmək mümkündür.